Dünyada ən yüksək inflyasiya BU ÖLKƏDƏDİR – Qiymətər 254 faiz artıb
15 Fevral 2024 16:07 DünyaDünyada ən güclü inflyasiyanın müşahidə edildiyi ölkə Argentinadır.
Olaylar.az xəbər verir ki, Argentinada inflyasiya son bir ildə 254 faizi (3,54 dəfə) ötüb. Bir ayda isə inflyasiya əvvəlki ayla müqayisədə 20,6 faiz artıb.
Argentinada yeni Prezident Javier Mile tərəfindən həyata keçirilən iqtisadi proqramın da faydası olmayıb.
Ölkədə inflyasiya xroniki hal alıb. Argentinada bütün tədbirlərə baxmayaraq, bir neçə ildir ki, hiperinflyasiyanın qarşısını almaq mümkün olmayıb. (Sfera.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31