Rusiyada dispanserdə xəstələr arasında dava düşüb: ölənlər var

Sankt-Peterburqda vərəm əleyhinə dispanserdə xəstələr arasında dava düşüb.

Olaylar.az bu barədə rus KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, dava nəticəsində 58 yaşlı xəstə bıçaqlanaraq qətlə yetirilib. Onu öldürməkdə şübhəli bilinən 36 yaşlı vərəm xəstəsi saxlanılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31