Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistana səfər edəcək.
Olaylar.az bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, səfər çərçivəsində tərəflərin bir sıra infrastruktur və regionlararası əməkdaşlıq məsələlərini müzakirə edəcəyi bildirilib.
Tokayevin səfər tarixi hələlik açıqlanmayıb.