Çinin F-35-ə rəqib olan yeni nəsil döyüş təyyarəsi təqdim edildi- ÖZƏL
14 Fevral 2024 16:45 DünyaÇinin yeni hazırlanmış 5-ci nəsil döyüş təyyarəsi FC-31 Səudiyyə Ərəbistanında keçirilən Ümumdünya Müdafiə Sərgisində nümayiş etdirilib.
Olaylar.az xəbər verir ki, F-35 ilə rəqabət aparacaq təyyarə üzərində inkişaf işləri davam edir.
Çin Aviasiya Sənayesi Şirkəti (Avic) ilə əlaqəli "Shenyang Aircraft Company" tərəfindən hazırlanmış təyyarə ABŞ-ın Lockheed Martin tərəfindən istehsal olunan F-35 döyüş təyyarələrinin ekvivalenti olaraq dizayn edilib. Yarmarkada potensial alıcılara təqdim edilən, hazırlanmaqda olan döyüş təyyarəsinin yüksək sürət və manevr qabiliyyəti ilə yanaşı, gizli təyyarə xüsusiyyətlərinə malik olması planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31