Rusiya və Vatikan Yaxın Şərq məsələsi üzrə dialoq aparır – ÖZƏL

Rusiya və Vatikan Yaxın Şərqdəki vəziyyətdən narahatdırlar və bu məsələ ilə bağlı dialoq aparırlar.
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın Vatikandakı səfiri İvan Soltanovski bildirib.
"Vatikan üçün Yaxın Şərqdəki vəziyyətlə bağlı məsələlər həmişə prioritet olub. Rusiya-Vatikan dialoqunda da bu məsələyə xüsusi diqqət yetirilir. Bizim mövqelərimiz bir çox cəhətdən üst-üstə düşür. Qəzza zolağında mövcud vəziyyət açıq şəkildə həm Rusiyanı, həm də Müqəddəs Taxt-taşı narahat edir. Bu məsələ ilə bağlı gələcək dialoq üçün perspektivlərimiz var", - səfir vurğulayıb.
Bundan əvvəl Vatikanın dövlət katibi kardinal Pietro Parolin demişdi ki, Müqəddəs Taxt-Tac Yaxın Şərqdə nizamlanma üçün lazım olan istənilən vasitəçiliyə hazırdır. O, HƏMAS-ın hücumunu pisləyib, eyni zamanda qeyd edib ki, İsrailin "qanuni özünümüdafiəsi" Qəzza zolağında mülki əhalinin həyatını təhlükəyə atmamalıdır. Rəsmi həmçinin girovların azad edilməsi üçün danışıqlarda Vatikana vasitəçiliyə icazə verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31