Veymar üçbucağı ölkələri Rusiyaya qarşı əməkdaşlığı gücləndirəcək-ÖZƏL

Fransa, Almaniya və Polşanın yaratdığı Veymar üçbucağı Ukrayna ilə döyüşən Rusiyaya qarşı əməkdaşlığı gücləndirəcəkləri mesajı ilə birgə bəyanat yayıb.

Olaylar.az xəbər verir ki, Fransanın Xarici İşlər Naziri Stefan Sejourne alman həmkarı Annalena Baerbok və polşalı həmkarı Radoslav Sikorskini İle-de-Frans bölgəsindəki La Celle-Saint-Cloud şəhərində qəbul edib.

Dünən görüşdən sonra birgə bəyanat yayaraq, nazirlər "üçtərəfli əməkdaşlığa yeni təkan vermək əzmində olduqlarını" bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31