Moskvada MiQ zavodu yanır

Rusiyanın Moskva şəhərində yerləşən MiQ zavodunda yanğın baş verib.

Olaylar.az Rusiya KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, yanğın zavodun mövcud korpusunun yanında yenidən qurulmuş sexdə qeydə alınıb.

Yanğının binanın 2-ci və 3-cü mərtəbələrində baş verdiyi qeyd olunub. Hadisənin səbəbi hələlik naməlum olaraq qalır. Yanğının sahəsi 70 kvadratmetr sahəni əhatə edib.

Qeyd olunub ki, hazırda binanın içərisindəkilər təxliyə olunur. Hadisə yerinə bir neçə yanğın briqadası yollanıb, yanğının zavodun digər binalarına keçmə riski var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31