Rusiya Parlament Assambleyasında iştirakını dayandırır

Rusiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasında iştirakını dayandırır, lakin ATƏT-in tərkibindən çıxmır.

Olaylar.az xəbər verir ki, bu fikirləri jurnalistlərə RF Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski deyib.

O bildirib ki, Dövlət Duması və Federasiya Şurası ATƏT-in Parlament Assambleyasının fəaliyyətində iştirakın dayandırılması üzrə öz mövqeyini fevralın 21-də elan edəcək.

L.Slutskinin sözlərinə görə, Rusiya ATƏT-in tərkibindən çıxmır, Parlament Assambleyasında iştirakın dayandırılması barədə qərara yəqin ki, xüsusi hərbi əməliyyat başa çatdıqdan sonra yenidən baxılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31