Rusiya DİN Estoniyanın baş nazirini axtarışa verib
13 Fevral 2024 13:50 DünyaRusiya Daxili İşlər Nazirliyi Estoniyanın baş naziri Kaya Kallası axtarışa verib.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya KİV-i ölkənin Daxili İşlər Nazirliyinin axtarış bazasına istinadən məlumat yayıb.
Məlumata görə, Kallas Rusiya Federasiyasının Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib, lakin estoniyalı nazirin məhz hansı maddə ilə axtarışa verildiyi bazada qeyd olunmayıb.
Rusiya KİV-i həmçinin, Estoniyanın dövlət katibi Taymar Peterkopun da Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verildiyini yazır. Qeyd olunub ki, Peterkopa qarşı Sovet döyüşçülərinin abidələrini məhv etmək və onlara zərər yetirməklə bağlı cinayət işi açılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31