Türkiyədə tur avtobusu qəzaya uğrayıb - 10 turist yaralanıb

Türkiyənin Bursa şəhərində Qətər və İndoneziyadan olan turistləri daşıyan tur avtobusu qəzaya uğrayıb, 10 turist yaralanıb.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, hadisəyə yağışlı hava səbəb olub. Belə ki, Bursadan İstanbula gedən avtobus yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində 10 turist yaralanıb, 1 nəfərin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı istintaq başladılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31