Nyu-York metrosunda atışma: Ölən və xəsarət alanlar var
13 Fevral 2024 10:34 DünyaABŞ-də Nyu-York metrosunda qatarda atışma nəticəsində bir yeniyetmə ölüb.
Bu barədə yerli hüquq-mühafizə orqanları məlumat verib.
Qeyd olunur ki, 12-17 yaş arasında olan daha beş nəfər xəsarət alıb. Səbəbi məlum olmayan mübahisə bazar ertəsi saat 16:40 radələrində (Bakı vaxtı ilə 01:40, çərşənbə axşamı - red.) Bronks ərazisində baş verib.
Şahidlər 10-dan çox atəş səsi eşidiblər. (Milli.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31