Qazaxıstanda dəhşətli qəza - 3 avtobus toqquşdu, xeyli sayda yaralı var

Qazaxıstanda üç sərnişin avtobusu toqquşub, 17 nəfər xəsarət alıb.

Olaylar.az bildirir ki, bu barədə Almatı Səhiyyə İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, üç marşrut avtobusu və minik avtomobilinin toqquşması zamanı 17 nəfər xəsarət alıb, 14-ü xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31