Bayden paketdəki çipslərdən şikayətləndi
12 Fevral 2024 20:06 DünyaABŞ Prezidenti Co Bayden çips də daxil olmaqla qablaşdırmada qida məhsullarının miqdarını azaldan Amerika şirkətlərinin fəaliyyətindən şikayətlənib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu haqda "X" sosial şəbəkəsindəki səhifəsində şərhlə video yayımlayıb.
"Futbolu izləmək üçün qəlyanaltı alarkən yəqin ki, diqqət yetirdiyiniz şeylərdən biri odur ki, qiymət eyni olsa da, içki şüşələri kiçilib və cips paketlərində daha az cips var. Şirkətlər qablaşdırmada olan məhsulun miqdarını tədricən azaldır və heç kimin fərqinə varmayacağına inanırlar", - Ağ Ev rəhbəri qəzəblənib.
Bayden qida şirkətlərini insanları aldatmağı və şrinkflyasiyanı dayandırmağa çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31