ABŞ-ın gizli saxladığı səsdən sürətli sualtı qayıq sızdırıldı!- ÖZƏL
12 Fevral 2024 16:51 DünyaABŞ Hərbi Dəniz Qüvvələrinin səsdən yüksək sürətə çata bilən inqilabi sualtı layihəsi üzərində işlədiyi məlum olub.
Olaylar.az xəbər verir ki, bu layihə su altında səs sürətindən daha sürətli hərəkət edə bilən inqilabi səsdən sürətli sualtı qayıqdır.
Pensilvaniya Ştat Universitetinin ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən maliyyələşdirilən tədqiqat qrupu su altında səsdən yüksək sürətə çata bilən prototip üzərində işə başlayıb. Bu layihə sualtı qayıqların sualtı səs sürətindən yüksəkdə hərəkət etməsinə imkan verən kavitasiya adlı fenomenə diqqət yetirir. Bu hadisə, suyun altındakı obyektin ətrafında əmələ gələn baloncukların, suyun müqavimətini azaldaraq obyektin daha sürətli hərəkət etməsinə imkan verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31