Ukrayna Silahlı qüvvələrinin ali baş komandanı niyə istefaya göndərildi?- ÖZƏL

"Ukrayna Silahlı qüvvələrinin ali baş komandanı Zalujnin istefaya göndərilməsi onun siyasi iddialar ortaya qoymasından irəli gəlir. Ukrayna qoşunlarının cəbhədə uğurlu əks-hücumlarından sonra Zalujni siyasətə qarışması, siyasi hakimiyyəti tənqid etməsi, Zelenskiyə alternativ kimi göstərilməsi orduda fikir ayrılıqları yaratmışdı". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: " Quru qoşunlarının komandanı Sırıskinin silahlı qüvvələrin ali baş komandanlığına gətirməsi, ordu ilə siyasi hakimiyyət arasında siyasi problemə son qoyacaq və ordu yalnız öz işi ilə məşğul olacaq. 
Prezident V. Zelenski bununla ordunun siyasi hakimiyyətə qarışmasının qarşısinı aldı. İkinci, Getdikcə siyasi nüfuzu artan Zalujnini proseslərdən uzaqlaşdirdi. Üçüncü, ordunun əks -hucum əməliyyatları bir nəfərin deyil, bir başa siyasi hakimiyyətin qərarı ilə həyata keçiriləcək. Çünki, Zalujni ordunun siyasi qərar vermə səlahiyyətini əlində cəmləşdirmişdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31