Zelenski hərbi vəziyyətin uzadılması ilə bağlı qanun İMZALADI
12 Fevral 2024 14:40 DünyaUkrayna Prezidenti Volodimir Zelenski ölkədə ümumi səfərbərlik və hərbi vəziyyətin tətbiqinin nəzərdə tutulduğu qanunu imzalayıb.
Bu barədə Olaylar.az "RBC-Ukraina"ya istinadən xəbər verir.
Həm səfərbərlik, həm də hərbi vəziyyətin qüvvədə olma müddəti fevralın 14-dən 90 gün, yəni mayın 13-dək uzadılıb.
Xatırladaq ki, bu xüsusi rejim müharibə başlayandan, yəni 2022-ci il fevralın 24-dən bəri 10-cu dəfə uzadılıb. (Report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31