Qırğızıstanla Çin sərhədində bir neçə zəlzələ oldu
12 Fevral 2024 13:46 DünyaQırğızıstan və Çin sərhədində bir neçə zəlzələ baş verib.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Qırğızıstanın Seysmologiya İnstitutu yayıb.
Ümumilikdə dünən səhərdən bu gün səhərə qədər 4 zəlzələnin qeydə alındığı bildirilir. Bunlar arasında ən güclü yeraltı təkan 5,2 maqnitudalı olub. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Zəlzələlərin episentri Çin ərazisində yanvarın 23-ü 7 maqnitudalı güclü zəlzələnin baş verdiyi ərazidə yerləşib. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31