Rusiyada hərbi hissədə yanğın baş verib

Rusiyanın Stavropol şəhərində yerləşən hərbi hissələrdən birinin ərazisində yanğın baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Yanğının qərargahın binasının birinci mərtəbəsində baş verdiyi qeyd olunub. Binanın içərisindəkilər təxliyə olunub, yanğın söndürülüb.

İlkin məlumata görə, yanğına qısaqapanma səbəb olub. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31