Rusiya-Azərbaycan hesablaşmaları 2024-cü ilin əvvəlində 54%-ə çatır - ÖZƏL

2024-cü ilin əvvəlində Moskva və Bakı arasında qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadə 54% təşkil edib.

Olaylar.az xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimov bildirib.
"Bu ilin əvvəlində Rusiya və Azərbaycanın milli valyutalarından (rubl və manat) istifadə 54%-i ötüb, yəni biz Bakı ilə münasibətlərimizdə dollar və avrodan uzaqlaşırıq" - o, bildirib.
Evdokimovun sözlərinə görə, Qərbin sanksiyaları Rusiya ilə Azərbaycan arasında münasibətləri gücləndirib. 

"Mövcud vəziyyətə və Qərbin sanksiyalarına gəlincə, bu, Qərbin hansısa şəkildə ölkələrimiz arasında daha sıx əlaqələri təşviq etdiyinə bir nümunədir", - diplomat bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31