Rusiya ilə Belarus arasında aparılan əməliyyatların 92%-i milli valyutaların payına düşür — ÖZƏL

Olaylar.az xəbər verir ki, Belarusun Moskvadakı səfiri Dmitri Krutoy bildirib ki, 2023-cü ildə Rusiya ilə Belarus arasında aparılan əməliyyatların 92%-i milli valyutaların payına düşüb.
"Ötən il əməliyyatların 92 faizi milli valyutalarda - Rusiya və Belarus rublunda aparılıb. Bu, böyük rəqəmdir. Bizdə heç vaxt belə rəqəmlər olmayıb", - o, deyib.
Belarus diplomatının sözlərinə görə, son iki ildə Belarusun Rusiyaya ixracı 8,5 milyard dollar artıb. 

"Bu, parlaq nəticədir", - deyən diplomat, qeyd edib ki, bu sahədə əsas amil logistikadır.
Belarusun baş naziri Roman Qolovçanko daha əvvəl bildirib ki, Belarus və Rusiya arasında ticarət 2023-cü ildə altı faiz artaraq 53 milyard dollara çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31