Moskva heç vaxt danışıqlara qarşı çıxmayıb - ÖZƏL

Rusiya heç vaxt danışıqlar prosesinin əleyhinə olmayıb, lakin indi bu, Kiyev hakimiyyətinin mövqeyinə görə mümkün deyil.

Olaylar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin birinci müavini Rəşid Nurqaliyev bildirib.
"Bu gün Ukraynada ərazisinin bir hissəsini itirmək bahasına olsa belə, sülh yolu ilə siyasi nizamlanmanın tərəfdarı olan səslər daha da güclənir. Rusiya heç vaxt danışıqlar prosesinin bərpasına qarşı çıxmayıb. Amma indi təəssüf ki, bu, mümkün deyil. Kiyev hakimiyyətinin və şəxsən ölkəmizlə danışıqları qadağan edən fərman imzalayan Ukrayna prezidenti Vladimir Zelenskinin mövqeyidir", - Nurqaliyev bildirib.
O, qeyd edib ki, münaqişə heç vaxt sakitləşməyib və xüsusi hərbi əməliyyat başlamazdan əvvəl, əksinə, daha da gərginləşib. Qəbul edilmiş qanunlar və Ukrayna siyasətçilərinin Donbassla bağlı hərəkətləri yalnız onun eskalasiyasına yönəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31