BMT TŞ-nin daimi üzvü olacağıq – Hindistan
10 Fevral 2024 20:17 DünyaHindistan mütləq BMT Təhlükəsizlik Şurasının daimi üzvü olacaq, lakin bu, asan olmayacaq.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankar deyib.
"Biz orada olacağıq. 100% əminəm ki, orada olacağıq. Amma düzünü deyim ki, ora asanlıqla çatmayacağıq, çünki dünyada böyük rəqabət var", - nazir bildirib.
Cayşankarın sözlərinə görə, Hindistanı Təhlükəsizlik Şurasına daimi üzv olmaq yolunda əngəlləməyə çalışacaq qüvvələr var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31