Zelenski Makronla telefonla danışdı
10 Fevral 2024 19:02 DünyaUkrayna Prezidenti Volodimir Zelenski və fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yazıb.
"Döyüş meydanındakı vəziyyəti və Ukraynanın müdafiə ehtiyaclarını, yaxın mənzilli pilotsuz uçuş aparatlarını, artilleriya sistemləri və mərmiləri, hava hücumundan müdafiə sistemlərinin xüsusiyyətlərini müzakirə etdik", - Zelenski qeyd edib.
Bundan əlavə, onlar G7 Vilnüs Bəyannaməsi çərçivəsində təhlükəsizlik təminatlarına dair ikitərəfli sənədin hazırlanmasını müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31