Filippinin Mindanao adasında 5,7 maqnitudalı zəlzələ olub.
Olaylar.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzi xəbər verib.
Zəlzələnin episentri Butuan şəhərindən (əhalisi 300 min nəfər) 39 km cənub-şərqdə yerləşib.
İtki və ya dağıntılar barədə məlumat verilməyib. (Trend)