Venesuela sərhədə ordu yığır - Xəbərdarlıq
9 Fevral 2024 21:01 DünyaVenesuela mübahisəli Essekibo bölgəsinə görə, neftlə zəngin Qayananın sərhədinə yüngül tanklar, patrul katerləri və zirehli nəqliyyat vasitələri göndərir.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə "Vol Strit Jurnal" məlumat yayıb.
"Venesuela yüngül tankları, raketlə təchiz olunmuş patrul katerlərini və zirehli personal daşıyıcılarını sərhədə daşımaqla, Qayananın bəzi hissələrini ilhaq etmək və on ildən artıqdır ki, dünyanın ən böyük neft yataqlarından birinə nəzarəti ələ keçirməyə çalışır", - deyə bildirilib.
Eyni zamanda, Qayana Xarici İşlər Nazirliyindən nəşrə verilən açıqlamada Venesuela hakimiyyətinin "pis niyyətindən" təəccüblənmədikləri vurğulanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31