DƏHŞƏTLİ HADİSƏ: 100-dən çox insan itkin düşdü

Filippinin Davao de Oro əyalətində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb, 110 nəfər isə hələ də itkin düşmüş sayılır.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, fövqəladə hallar xidmətləri axtarış-xilasetmə əməliyyatı zamanı 30-dan çox insanı xilas edə bilib, onların arasında dağıntılar altında təxminən 60 saat qaldıqdan sonra sağ tapılan uşaq da var.

Xatırladaq ki, təbii fəlakət fevralın 6-da baş verib, bir neçə ev və yerli qızıl hasilatı zavodunun işçilərini daşıyan bir neçə avtobus torpağın altında qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31