ABŞ İrana qarşı neft sanksiyalarını gücləndirəcək - Bloomberg
9 Fevral 2024 11:29 DünyaABŞ İrana qarşı neft sanksiyalarını gücləndirməyi planlaşdırır.
Olaylar.az xəbər verir ki, bu barədə "Bloomberg" saytı məlumat yayıb.
Bildirilir ki, Orta Şərqdə böhranın kəskinləşməsindən sonra ABŞ hökuməti Tehranın bölgədə silahlı qruplarına dəstəyini azaltmaq üçün İran hökumətinə qarşı neft sanksiyalarının tətbiqini intensivləşdirəcək.
Məlumata görə, ABŞ-nin bu planı dünya iqtisadiyyatında enerji qiymətlərinin artmasına səbəb ola bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31