ABŞ İl-76-ya “Patriot” raketi ilə hücum edildiyini etiraf etdi

Anonimlik şərti ilə Amerika rəsmiləri Ukrayna hərbi əsirlərini daşıyan İl-76 təyyarəsinin ABŞ-nin "Patriot" zenit-raket kompleksindən (SAM) raketlə vurulduğunu etiraf ediblər.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "New York Times" (NYT) məlumat yayıb.

"ABŞ təyyarənin qəzaya uğramasının səbəblərini açıq şəkildə şərh etməyib. Baxmayaraq ki, rəsmilər anonimlik şərti ilə "Patriot" raketinin istifadəsi ilə bağlı xəbərlərin doğru olduğunu bildirib", - nəşr qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31