Ukrayna döyüşdən yorulan qüvvələri gücləndirmək üçün kolumbiyalı muzdluları cəlb edir - ÖZƏL
8 Fevral 2024 16:35 DünyaUkrayna silahlı qüvvələri öz sıralarını gücləndirmək üçün 2023-cü ildən fəal şəkildə Kolumbiyadan muzdlu əsgərlər cəlb edir.
Olaylar.az xəbər verir ki, Ukrayna ordusunun Əcnəbilərin Koordinasiyası Departamentinin zabiti Aleksandr Şaxurinin sözlərinə görə, 2022-ci ildə Ukraynaya postsovet və ingilisdilli ölkələrdən əcnəbi muzdlular gəlibsə, ötən il orduya cəlbetmə Latın Amerikasına da şamil edilib. Xəbər agentliyinin məlumatına görə, yeni muzdlular Kolumbiyadan olan təqaüdçü veteranlardır və onlar yüzlərlə Ukraynaya gedirlər. AP izah edir ki, kolumbiyalılar Ukrayna uğrunda döyüşməyə gəlirlər, çünki onlar öz ölkələrində qazandıqlarından dörd dəfə çox pul qazana bilirlər.
2023-cü ilin iyulunda Rusiya Müdafiə Nazirliyi bildirdi ki, 2022-ci il fevralın 24-dən bəri 84 ölkədən ümumilikdə 11 675 xarici muzdlu Ukrayna tərəfində döyüş əməliyyatlarında iştirak etmək üçün rəsmi olaraq Ukraynaya gəlib. Ən böyük qruplar Polşadan (2600 nəfərdən çox), ABŞ və Kanadadan (900 nəfərdən çox) və Gürcüstandan (800 nəfərdən çox) gəlib. Ukrayna tərəfi artıq 4800-dən çox muzdlu əsgər itirib, daha 4800 nəfər isə Ukrayna ərazisini tərk edib.
Fevralın 2-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, ötən ay Ukrayna ordusu 23 mindən çox hərbçi itirib, düşmənin 3 mindən çox silahı məhv edilib. Ümumilikdə Kiyev xüsusi hərbi əməliyyat başlayandan bəri 383 mindən çox insan itirib.