Yığılmış hind rupisi Rusiya iqtisadiyyatına sərbəstlik verir — ÖZƏL
8 Fevral 2024 16:34 Dünya"Rusiya şirkətləri tərəfindən Hindistan rupisinin yığılması heç bir problem yaratmır".
Olaylar.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Andrey Rudenko deyib və əlavə edib ki, bu, maliyyə imkanlarını genişləndirir, çünki bu valyuta vəsaitlərin saxlanması və investisiya edilməsi üçün etibarlı alətdir.
"Rupinin yığılması daxili təsərrüfat subyektləri üçün heç bir problem yaratmır, əksinə, onların maliyyə imkanlarını ciddi şəkildə genişləndirir. Bu valyuta sabitdir, kapitalın saxlanması və artırılması üçün etibarlı alətdir, beynəlxalq ödənişlərdə getdikcə daha çox istifadə olunur, rahatdır. Hindistanın və onun regional ticarət tərəfdaşlarının iqtisadiyyatına sərmayə yatırılmalıdır. Və eyni dərəcədə vacib olan odur ki, dollar və avrodan fərqli olaraq onların məzənnəsi sabitdir və spekulyativ manipulyasiyalara məruz qalmır" - o, deyib.
"Rusiya şirkətlərinin gəlirlərinin rupidə investisiya dairəsinin genişləndirilməsi məsələsi iki ölkənin iqtisadi qurumları vasitəsilə fəal şəkildə müzakirə olunur", - rəsmi qeyd edib və əlavə edib ki, olduqca maraqlı perspektivlər açılır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir müddət əvvəl bildirib ki, Rusiya və Hindistanın müvafiq qurumları və hökumətləri Rusiya ixracatçılarının Hindistan banklarında yığılan rupilərinin qarşılıqlı faydalı investisiya imkanları ilə bağlı danışıqlar aparırlar.