Rusiya Əlcəzairə azad ticarət zonasının yaradılması ilə bağlı danışıqlar təklif edir - ÖZƏL
8 Fevral 2024 16:26 DünyaOlaylar.az xəbər verir ki, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib ki, Rusiya Əlcəzairə azad ticarət zonasının yaradılması ilə bağlı danışıqlar təklif edib.
"Malların azad ticarəti rejimində hazırda bizim üçün açıq olan bazarın miqyası 350 milyon nəfərdir. Əlcəzair azad ticarət zonası üzrə danışıqlara dəvət olunub" - o, deyib.
Çin, Vyetnam, Sinqapur və Serbiya Avrasiya İqtisadi İttifaqının (Aİİ) azad ticarət və ticarət-iqtisadi əməkdaşlıq haqqında sazişlər bağladığı üçüncü ölkələr sırasındadır. Birliyə üzv ölkələr Misir, Mərakeş və Tunislə azad ticarət zonası sazişləri hazırlayır.
2023-cü il dekabrın 25-də Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclası çərçivəsində Aİİ ölkələri İranla tam miqyaslı azad ticarət sazişi imzalayıblar. Sənədi Avrasiya İqtisadi Komissiyasının (AİK) İdarə Heyətinin sədri Mixail Myasnikoviç, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və İranın sənaye, mədən və ticarət naziri Abbas Əli-Abadi imzalayıblar. Müqaviləni Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan nümayəndələri də imzalayıblar.