Moskva Kişinyovla ədalətli dialoqa açıqdır — ÖZƏL

Rusiya Kişinyovla ədalətli dialoqa açıq qalır və Moldovanın dövlətçiliyinin möhkəmlənməsini dəstəkləyir.

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın Kişinyovdakı səfiri Oleq Vasnetsov bildirib..
"Rusiya həmişə olduğu kimi, biz hesab edirik ki, çoxlu kəsişmə nöqtələrinə malik olan ədalətli dialoqa açıqdır. Bütün bu illər ərzində biz ardıcıl olaraq Moldova dövlətçiliyinin möhkəmlənməsinin tərəfdarı olmuşuq" - o, deyib.
Diplomat qeyd edib ki, Moldovanı gücləndirmək üçün respublikanın konstitusiyasında təsbit olunmuş neytrallığın saxlanması çox vacibdir.
"Biz əminik ki, indiki mürəkkəb şəraitdə ölkələrimiz arasında çoxşaxəli əlaqələri inkişaf etdirmək və gücləndirmək lazımdır", - o vurğulayıb və əlavə edib ki, Rusiya-Moldova münasibətləri praqmatizm və qarşılıqlı fayda əsasında qurulmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31