Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 147 nəfər saxlanıldı
8 Fevral 2024 13:49 DünyaTürkiyədə İŞİD terror təşkilatına qarşı "Qəhrəmanlar-49" əməliyyatı keçirilib.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Məlumata əsasən, ölkənin 33 vilayətdə eyni vaxtda başladılan əməliyyat nəticəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 147 nəfər saxlanılıb.
Nazir terrorizmə qarşı mübarizəni fasiləsiz və qətiyyətlə davam etdirəcəklərini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31