“Bluesky” artıq hər kəsə açıqdır!- ÖZƏL

"X" və ya köhnə adıyla "Twitter"in İlon Maska satılmasının ardından "Twitter"in qurucusu Cek Dorsi tərəfindən 2021-də qurulan "BlueSky" bu gün etibarı ilə qeydiyyat qəbuluna başlayıb. Bundan əvvəl proqramın dəvət sistemi var idi. 

Olaylar.az xəbər verir ki, təxminən 1 ilə yaxındır ki, yalnız dəvətlə qeydiyyatdan keçə bilən tətbiq son saatlardan etibarən hər kəs üçün əlçatan olub. Belə ki, indi dəvətsiz qeydiyyatdan keçmək mümkündür.

X (Twitter) ilə oxşar interfeysə sahib olan Bluesky-nin ən diqqət çəkən cəhəti açıq mənbə olmasıdır. Bu o deməkdir ki, tərtibatçılar da layihəni dəstəkləyə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31