Yaponiyada bu səbəbdən 120-yə yaxın insan xəstəxanaya yerləşdirildi

Tokioya yağan güclü qar səbəbindən 120-yə yaxın insan təcili xəstəxanaya yerləşdirilib.

Olaylar.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə təcili yardım xidmətini idarə edən Tokio Yanğından Mühafizə İdarəsi məlumat yayıb.

Məlumata görə, xəsarət alanların əksəriyyəti yolların buz bağlaması səbəbindən yıxılma nəticəsində baş verib. Xəsarət alanların yaşı 4 ilə 92 arasında dəyişir.

Bundan əlavə, Saytama, Kanaqava, Yamanasi və Naqano prefekturalarında 2,4 min ev təsərrüfatı elektrik enerjisi təchizatından məhrum qalıb.

Tokionun Haneda hava limanında güclü qar yağması səbəbindən 30-dan çox reys təxirə salınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31