Apple-ın son cihazı Vision Pro sensasiyaya çevrildi...- ÖZƏL

Uzun müddətdən sonra Apple yeni cihazı təqdim edib. "Vision Pro" adlanan yeni cizah bütün dünyada sensasiyaya çevrilib. 

Olaylar.az xəbər verir ki, çoxdan gözlənilən yeni cihaz- artırılmış reallıq qulaqcığı tez bir zamanda ilkin sifarişlərdən satılıb. 

Texnologiya mütəxəssisləri tərəfindən də bəyənilən cihaz istifadəçilərə çatdıqdan sonra küçələrdən maraqlı görüntülərlə sosial mediaya əks olunub. Cümə günü rəsmi təqdimatından sonra Vision Pro idman zalında, metroda və küçələrdə insanların istifadəsində görünüb. Bunun üzərinə bir çox istifadəçi "Black Mirror", "Simpsons" və "Ready Player One" kimi istehsalları xatırladan elmi fantastika ssenarilərinin artıq real olduğunu yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31