Tokayev onu nazir təyin etdi
6 Fevral 2024 20:53 DünyaQazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Madi Takiyevi respublikanın yeni maliyyə naziri təyin edib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Məmur bu vəzifədə Erulan Camaubayevi əvəzləyib. Takiyev buna qədər parlamentin aşağı palatasının deputatı vəzifəsində çalışıb, o, maliyyə və büdcə komitəsinə rəhbərlik edib.
Xatırladaq ki, bu gün Oljas Bektenov da Qazaxıstanın yeni Baş naziri təyin olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31