Keçmiş erməni deputat qəzada öldü

Keçmiş erməni deputat, İşıqlı Ermənistan Partiyasının üzvü Qrant Ayvazyan ağır yol qəzasında ölüb.

Olaylar.az bildirir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, Camışlı-Geqarot yolunda "Toyota Kamri", "Nissan" və "Ford Tranzit" avtomobilləri toqquşub.

Hadisə nəticəsində Ayvazyan ölüb, 1 nəfər isə xəsarət alıb. (axar.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31