Gürcüstanda torpaq sürüşməsi və qar uçqunu: Ölən var

Gürcüstanın Xulo və Keda rayonlarında torpaq sürüşməsi və qar uçqunu nəticəsində polis əməkdaşı və yaşlı qadın ölüb.

Olaylar.az bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, Keda rayonu polis bölməsinin kiçik müfəttişi ölüb. O biri hadisə isə, Txilvani kəndində baş verib.

Uçqunlar altında yaşlı ər-arvad qalıb. Qonşuları kişini xilas edə bilsə də, lakin qadını mümkün olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31