İrlandiyanın sabiq baş naziri öldü
6 Fevral 2024 15:52 Dünyaİrlandiyanın sabiq baş naziri Con Bruton ölüb.
Olaylar.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, o, uzun sürən xəstəlikdən sonra bu gün 76 yaşında Dublində xəstəxanada vəfat edib.
Qeyd edilir ki, Bruton 1994-cü ildən 1997-ci ilə qədər İrlandiyanın Baş naziri olub. O, həmçinin müxtəlif illərdə maliyyə naziri, sənaye, ticarət və turizm naziri olub, Avropa İttifaqının ABŞ-dakı səfiri vəzifəsində çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31