Seneqalda prezident seçkilərinin təxirə salınması etirazlara səbəb olub
6 Fevral 2024 15:05 DünyaSeneqal parlamenti prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib.
Olaylar.az "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, 165 yerlik parlamentdə 105 deputat seçkilərin təxirə salınmasının lehinə səs verib.
Seneqalın hazırkı prezidenti Makki Sall həmin vaxtadək hakimiyyətdə qalacaq.
Telekanal səsvermənin xaotik keçdiyini, müxalifəti təmsil edən bəzi deputatların iclas zalından çıxarıldığını və asayişi bərpa etmək üçün təhlükəsizlik qüvvələrinin cəlb edildiyini bildirir.
Dövlət başçısı Makki Sallın prezident seçkilərinin qeyri-müəyyən müddətədək təxirə salınması barədə qərarı ictimaiyyətin narazılığına səbəb olub. Ölkənin paytaxtı Dakarda müxalifətçilərlə polis arasında qarşıdurma yaşanıb. Təhlükəsizlik qüvvələri hadisə yerindən canlı yayım edən özəl televiziya kanallarından birini efirdən çıxarıb. Həmçinin ölkədə internetə çıxış məhdudlaşdırılıb. (Trend)