Kolumbiya hakimiyyəti və üsyançılar atəşkəsin uzadılması barədə razılığa gəlib
6 Fevral 2024 14:29 DünyaKolumbiya hökuməti və radikal solçu Milli Azadlıq Ordusu ötən il avqustun 3-dən qüvvədə olan atəşkəs rejiminin daha altı ay uzadılması barədə razılıq əldə ediblər.
Olaylar.az xəbər verir ki, bu barədə tərəflərin yayımladığı bəyanatda deyilir.
2022-ci ildə Kolumbiya Prezidenti Qustavo Petro hökuməti təxminən 60 il davam edən və 450 mindən çox insanın ölümünə səbəb olan münaqişənin həllinə yönələn "ümummilli sülh" siyasəti çərçivəsində üsyançılarla danışıqları bərpa edib.
Qeyd edək ki, Milli Azadlıq Ordusu Kolumbiyada fəaliyyət göstərən ən güclü üsyançı qruplardan biridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31