İstanbulda məhkəməyə hücum edən terrorçular öldürüldü

Bu gün Türkiyənin İstanbul şəhərində Çağlayan Məhkəməsinin C qapısı qarşısındakı nəzarət-buraxılış məntəqəsində terror aktı törədilib.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziir Ali Yerlikaya sosial medai hesabında bildirib.

O qeyd edib ki, 1-i qadın və 1-i kişi olmaqla, 2 terrorçu öldürülüb. Zərərləşdirilən E.Y. və P.B adlı şəxslərin DHKP/C terror təşkilatının üzvü olduğu müəyyən edilib.

Hücum zamanı 3-ü polis, 3-ü vətəndaş olmaqla 6 nəfər yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31