İstanbulda məhkəmə binasında silahlı insident olub.
Olaylar.az bildirir ki, polis əməkdaşlarına silahlı hücum edən 2 nəfər öldürülüb, 3-ü polis olmaqla 5 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Daxili işlər naziri Ali Yerlikaya binanın mühafizəsinin gücləndirildiyini bildirib. (APA)