Qazaxıstanda yeni baş nazir təyin edildi
6 Fevral 2024 13:33 DünyaQazaxıstan Parlament Məclisində yeni baş nazirin seçilməsi üçün fraksiyaların səsverməsi keçirilib.
Olaylar.az xəbər verir ki, səsvermə nəticəsində Oljas Bektenov Qazaxıstanın yeni baş naziri seçilib.
Səsvermə bitdikdən sonra Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev O.Bektenovun baş nazir təyin edilməsi barədə sərəncam imzalayıb.
Qeyd edək ki, Oljas Bektenovun namizədliyini Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev təklif edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31