Qazaxıstanın yeni baş naziri o ola bilər

Qazaxıstanın hakim "Amanat" partiyası hökumətin başçısı vəzifəsinə Oljas Bektenovun namizədliyini irəli sürüb.

Olaylar.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin aparatı məlumat yayıb.

Qeyd olunub ki, Qazaxıstan Parlament Məclisinin sədri, "Amanat" partiyasının rəhbəri Erlan Koşanov dövlət başçısına yeni namizədlə bağlı rəsmi müraciət edib. Mövcud qanunvericiliyə görə, Kasım-Jomart Tokayev onun təklifini bu gün parlamentin plenar iclasında fraksiyaların sədrləri ilə müzakirə edəcək.

Baş nazir postuna yeni namizədin 43 yaşı var. O, hazırda Qazaxıstan Prezidenti Administrasiyasının rəhbəri vəzifəsini tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31