G7 idxalçıların Rusiya neftinin qiymətinin yuxarı həddi ilə bağlı şərtlərini sərtləşdirəcək — ÖZƏL
6 Fevral 2024 11:35 DünyaOlaylar.az xəbər verir ki, Yaponiyanın Maliyyə Nazirliyi və "Yeddilik" qrupunun (G7) digər ölkələrinin müvafiq qurumları fevralın 20-dən etibarən Rusiya neftinin qiymətinin yuxarı həddinə riayət olunması qaydalarını sərtləşdirmək niyyətindədir.
Sığortaçılar və daşıyıcılardan hazırda neftin qiymətinin müəyyən edilmiş hədddən yuxarı olmadığına əminlik tələb olunur. Belə təminat sığorta və ya daşıma müqaviləsinin bütün müddəti ərzində etibarlıdır.
İndi hər bir göndəriş üçün belə bir sənədin tələb olunacağı gözlənilir. G7, Aİ və Avstraliya nümayəndələri qaydaları sərtləşdirməyə razılaşıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31