Moskvada "Rivera" Ticarət Mərkəzində yanğın baş verib.
Olaylar.az bildirir ki, paytaxtın Danilovski rayonunda yerləşən ticarət mərkəzində yanğın binanın birinci mərtəbəsindən üçüncü mərtəbəsinə kimi fasad hissəni əhatə edib.
Hazırda ticarət mərkəzindən ziyarətçilərin və əməkdaşların təxliyəsi həyata keçirilir. Zərərçəkənlər barədə məlumat verilməyib. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31