BƏƏ Ukrayna böhranının nəticələrini yüngülləşdirmək üçün səyləri dəstəkləməyə hazırdır - ÖZƏL

Olaylar.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında Ukrayna böhranının humanitar nəticələrinin yumşaldılmasına yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bəyan edib.

Tərəflər danışıqlar zamanı regional və beynəlxalq gündəliyin bir sıra məsələlərini, o cümlədən Rusiya ilə Ukrayna arasındakı münaqişəni müzakirə ediblər. BƏƏ prezidenti BƏƏ-nin sülh və sabitliyin qorunması istiqamətində ardıcıl yanaşmasını vurğulayıb və Ukrayna böhranının humanitar nəticələrini yumşaldacaq hər hansı təşəbbüs və öhdəlikləri dəstəkləməyə hazır olduğunu ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31