İran, Çin və Rusiya martın sonuna qədər birgə dəniz təlimləri keçirəcək — ÖZƏL

Olaylar.az xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani bildirib ki, İran, Çin və Rusiya martın sonuna qədər birgə dəniz təlimləri keçirəcək.

"Biz digər ölkələri də martın sonuna qədər keçiriləcək İran, Çin və Rusiyanın hərbi dəniz təlimlərində iştirak etməyə dəvət edirik" - o, deyib.

Kontr-admiralın sözlərinə görə, regional təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyan təlim onun iştirakçılarının ümumi maraqlarına uyğun keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31